ABŞ dövlət katibi Entoni Blinken özünün Twitter səhifəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla apardığı telefon danışığına toxunub:
“Ermənistanın Baş naziri Nikol Paşinyanla söhbətimdə Azərbaycan və Ermənistan arasında rəsmi sülh danışıqlarında irəliləyişi alqışladım. Danışıqlar əsasında əldə edilən razılaşma davamlı sülhün yeganə yoludur”, - deyə o vurğulayıb.