Oktyabrın 10-da Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinnoviç Buriç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova məktub göndərib.
Baş katib məktubda Azərbaycan Xarici İşlər Nazirliyindən erməni hərbi əsirlərin öldürülməsinin videoçəkilişi faktına əsaslanaraq Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci və 3-cü maddələrinin mümkün pozuntuları ilə bağlı aydın və ətraflı məlumat tələb edib.
Baş katib qeyd edib ki, Avropa Şurası təşkilatın standartlarını tam təmin etmək üçün Avropa İnsan Hüquqları Konvensiyasının verdiyi mandat çərçivəsində bu məsələdə ardıcıl olacaqdır.