Aİ-nin müşahidə missiyası Azərbaycanın növbəti addımlarının qarşısını ala bilərmi?
Bu sual parlamentin brifinqində deputatlara verilib.
“Bəli, Azərbaycan bu ərazini tərk etməlidir, çünki Ermənistanın ərazi bütövlüyü danışıqlar məsələsi deyil. Bu missiya, fikrimizcə, sabitləşməyə öz töhfəsini verəcək və mümkün Azərbaycan təcavüzünə qarşı əlavə maneə olacaq”,-deyə Mülki Müqavilə fraksiyasının deputatı Vahagn Aleksyan qeyd edib.
Missiyanın dəqiq nə vaxt yerləşdiriləcəyi məlum deyil.
“Bu, müzakirə olunur, lakin oktyabrda baş verməlidir. Ayın sonuna qədər gözləyirik”, - deyə Mülki Müqavilə fraksiyasının deputatı Hripsime Qriqoryan bildirib.