Ermənistan Respublikasının XİN mətbuat katibi Vahan Hunanyan qeyd etdi ki, Ermənistan Respublikasının ərazi bütövlüyü və suveren ərazisi danışıqlar predmeti deyil.
Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir bildirdi ki, Dağlıq Qarabağ xalqının hüquqları və təhlükəsizliyi məsələsi bizim üçün əsas məsələdir.
“Biz bütün görüşlərimizdə, o cümlədən beynəlxalq tərəfdaşlarla bu məsələləri qaldırırıq. Beynəlxalq tərəfdaşlar da qeyd edirlər ki, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və bütün hüquqlarının müdafiəsi məsələləri aydınlaşdırılmalıdır və bu baxımdan beynəlxalq səviyyədə görünən mexanizmin yaradılması ilə Stepanakertlə Bakı arasında aparılan müzakirələr vacibdir”,- o qeyd etdi.
Aİ missiyası məsələsinə gləincə isə, mətbuat katibi qeyd etdi ki, Aİ-nin mülki missiyası Ermənistanın Azərbaycanla sərhədi boyunca, Ermənistan Respublikasının suveren ərazisində fəaliyyət göstərəcək.