ABŞ Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin görüşünü alqışlayır. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patelvbildirib.
“ABŞ Fransa prezidenti Emmanuel Makron və Avropa Şurasının prezidenti Şarl Mişelin hərtərəfli sülh prosesini təşviq etmək səylərini alqışlayır. ABŞ xüsusilə Aİ-nin regiondakı müşahidəçi missiyasında irəliləyişi alqışlayır”,- diplomat qeyd etdi.