Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə 70 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.
“Hörmətli Vladmir Vladimiroviç,
Sizi yubiley münasibətilə ürəkdən təbrik edirəm.
Sizin dövlət və siyasətçi xadimi kimi bütün zəngin təcrübəniz Rusiya dövlətçiliyinin möhkəmləndirilməsinə, ölkənin iqtisadi inkişafına və rus xalqının rifahının yüksəldilməsinə yönəlib.
Ermənistanda Ermənistanın və erməni xalqının maraqları ilə bağlı məsələlərə münasibətiniz yüksək qiymətləndirilir və bu kontekstdə Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin əldə edilməsinə yönəlmiş səyləriniz danılmazdır.
Xalqlarımızın və dövlətlərimizin mənafeyi naminə ölkələrimiz arasında müttəfiqlik tərəfdaşlığı zənginləşdirilməsi və strateji sazişlərin həyata keçirilməsi istiqamətində konstruktiv dialoqun və birgə fəal işin davamını gözləyirəm.
Əminəm ki, birgə səylərlə Cənubi Qafqaz regionunda uzunmüddətli sülh, sabitlik və təhlükəsizliyə nail olmaq, etimad mühiti yaratmaq mümkündür.
Hörmətli Vladimir Vladimiroviç,
Sizə ürəkdən cansağlıq, firavanlıq arzu edirəm”.