Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu gün Sankt-Peterburqda keçiriləcək MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək.
Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Bu gün prezident Kasım-Jomart Tokayev Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək", - deyə mətbuat xidmətindən bildiriblər.
Qeyd edək ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov oktyabrın 7-də Konstantinovski sarayında MDB ölkələrinin liderlərinin qeyri-rəsmi görüşünün keçiriləcəyini açıqlayıb. Peskov bunu MDB-nin gələn həftə Astanada keçiriləcək sammitinə hazırlıq kontekstində çox mühüm hadisə adlandırıb.