Ermənistanın Respublikasının Baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Avropa Şurasının sədri Şarl Mişelin 2022-ci il oktyabrın 6-da Praqada keçirilən görüşünün yekunu üzrə bəyanat qəbul edilib.
Bəyanatda qeyd olunur ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiq etdilər.
Onlar təsdiqləyiblər ki, bu, delimitasiya üzrə komissiyaların işi üçün əsas olacaq və bu komissiyaların növbəti iclası oktyabrın sonunadək Brüsseldə baş tutacaq.
Bəyanatda onu da qeyd olunub ki, Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasını dəstəkləməyə razılaşıb.