Praqada keçirilən Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində Ermənistan və Yunanıstanın baş nazirləri Nikol Paşinyan və Kiriakos Mitsotakisin görüşü baş tutub.
Görüşdə tərəflər Ermənistan və Yunanıstan münasibətlərinin gündəliyində olan bir sıra məsələləri müzakirə ediblər.
Nikol Paşinyan Azərbaycanın Ermənistanın suveren ərazisinə qarşı törətdiyi təcavüzün nəticələrini təqdim etdi.
Baş nazir Paşinyan və Kiriakos Mitsotakis çətinliklərin öhdəsindən gəlmək üçün sıx ikitərəfli əməkdaşlığın vacibliyini vurğulayıblar. Ermənistan-Yunanıstan-Kipr üçtərəfli formatda əməkdaşlığa da əhəmiyyət verilib.