Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Margaryan Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasının Birinci Komitəsinin ümumi müzakirələrində çıxış edib. Marqaryan konkret olaraq sentyabrın 13-də Azərbaycanın Ermənistanın suveren ərazisinə hərbi hücumuna toxunub və hücumun nəticələrini təqdim edib.
M.Margaryan erməni hərbi əsirlərə qarşı Azərbaycanın törətdiyi işgəncələr barədə danışıb.
“Azərbaycanın Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüzkar hərəkətləri Cənubi Qafqaz regionunda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə birbaşa təhdiddir”- deyə o qeyd edib.
Ermənistanın nümayəndəsi sentyabrın 28-də Azərbaycan növbəti hərbi təxribatına toxunaraaq qeyd edib: “Azərbaycan SQ sərhədləri boyunca və Ermənistanın işğal olunmuş ərazilərində mövqelərini cəmləşdirmək və möhkəmləndirməkdə davam edir və bu, daha da gərginləşmə riski yaradır”.
“Biz əminik ki, hüquqi qüvvəyə malik beynəlxalq öhdəliklərin sistematik və kobud şəkildə pozulması hallarında beynəlxalq strukturlar qətiyyətli olmalıdır. Əraziləri zəbt etmək və ya beynəlxalq mübahisələri həll etmək üçün güc tətbiq etmək kimi cinayət təcrübəsi birmənalı şəkildə pislənilməli, qanunu pozanlar müvafiq sanksiyalara məruz qalmalıdır”- deyə Ermənistanın nümayəndəsi yekunlaşdırıb.