Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan və Azərbaycan arasında danışıqlarda Qərbin iştirakına toxunaraq, Moskvanın müsbət nəticələrə, yəni vəziyyətin sabitləşməsinə səbəb olan səyləri dəstəkləməyə hazır olduğunu vurğulayıb.
“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarında həyata keçirilməli olan bütün suallara bütün cavablar var. Qərbin sülh sazişinə yanaşmasına gəlincə, Rusiya Federasiyasının nöqteyi-nəzərindən onlar tam balanslaşdırılmış deyil”, - deyə Zaxarova bildirib.