Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan və Azərbaycan arasında hərbi əsirlərin mübadiləsinə toxunaraq bildirib ki, Rusiya humanitar məsələlərlə bağlı heç bir geosiyasi və ya başqa oyun təşkil etmir.
“Rusiya Federasiyasının vasitəçiliyi ilə 2020-ci ildə baş vermiş hərbi əməliyyatlar başa çatdıqdan sonra ümumiyyətlə həbs edilmiş 147 nəfər - Ermənistan tərəfinə 128 nəfər , Azərbaycan tərəfinə 19 nəfər qaytarılıb. Moskva ardıcıl olaraq Bakı və Yerevanı nəhayət, bu mövzunu bağlamağa, saxlanılan şəxsləri “hamı hamıya qarşı” prinsipi ilə qaytarmağa çağırır”,- diplomat vurğulayıb.