Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi Ukraynaya getdiyini bildirib.
Bu barədə o, tviter sosial şəbəkəsindəki hesabında yazıb.
"Mühüm görüşlər üçün Kiyevə gedərkən. Zaporojye Atom Elektrik Stansiyasının ətrafında nüvə təhlükəsizliyi zonasına ehtiyac indi həmişəkindən daha aktualdır", - Qrossi bildirib.