Fransa xarici işlər naziri Katrin Kolonna qeyd etdi ki, hərbi əsirlərin güllələnməsi beynəlxalq humanitar hüququn pozulması və müharibə cinayətidir. Belə hallarda cəzasızlıq ola bilməz.
“Fransa erməni xalqı ilə həmrəydir və mən bunu bir daha deyirəm. Fransa bu hərəkətlərə görə məsuliyyət daşıyanların müəyyən edilməsi və onların məsuliyyətə cəlb edilməsini təmin etmək üçün dərhal qərəzsiz və müstəqil araşdırma aparılmasına çağırıb.
Münaqişə fonunda Azərbaycanın Ermənistana son silahlı hücumları çox ciddidir. Respublika Prezidenti erməni və azərbaycanlı həmkarları ilə dərhal əlaqə saxlayıb, onları hərbi əməliyyatları dayandırmağa, Ermənistanın ərazi bütövlüyünə hörmət etməyə, Azərbaycanı isə işğal etdiyi mövqelərdən çıxmağa çağırıb”,- deyə Fransanın XİN başçısı Katrin Kolonna qeyd etdi.