ER Xİ naziri Parlament-Hökumətinin sual-cavab sessiyası zamanı Azərbaycan tərəfinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin elementlərinin Ermənistan tərəfinə ötürülməsinə toxunaraq qeyd edib ki, bu, əvvəllər təqdim edilmiş 5 prinsipə əsaslanır.
“Təbii ki, təhlil edəcəyimiz şeylər var, mütləq cavab verəcəyik. Yenə bizim üçün məqbul olacaq şeylər olacaq, qəbul olunmayacaq şeylər olacaq. Bizim verəcəyimiz təkliflər olacaq, normal danışıqlar prosesi davam edəcək”.
ER Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Stepanakertlə Bakı arasında müzakirə mexanizminin yaradılmasından bəhs edərək Mirzoyan qeyd edib:
“Dağlıq Qarabağla Azərbaycan arasında dialoq kanalının, beynəlxalq mexanizmin yaradılmasına dair fikir var. Bununla bağlı müzakirələr aparılır. Təbii ki, bizim bir mövqemiz var, Azərbaycanın başqa mövqeyi var. Qarşılıqlı məqbul mövqeyə və ya mexanizmə çatanda mütləq sizə məlumat verəcəyik”, - deyə Mirzoyan bildirib.