ER baş naziri Nikol Paşinyan oktyabrın 6-da işgüzar səfərlə Çexiyanın paytaxtı Praqaya gedəcək. Baş nazir Avropa Siyasi Birliyinin sammitində iştirak edəcək.
Səfər çərçivəsində Praqada Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron, Avropa Şurasının sədri Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyev arasında dördtərəfli görüş keçiriləcək.
Həmin gün Praqada Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş planlaşdırılır.