Ermənistanın Baş naziri Nikol Paşinyan özünün Twitter mikrobloqunda ABŞ-ın 17 erməni hərbi əsiri öz vətənlərinə qaytarmaq səylərini yüksək qiymətləndirib.
“Mən ABŞ-ın 17 hərbi əsirimizin qaytarılmasına kömək etmək səylərini yüksək qiymətləndirirəm. Ümid edirəm ki, beynəlxalq tərəfdaşlarımızın birgə səyləri ilə biz həm humanitar məsələlərin həllində, həm də regionda sülhün bərqərar olunmasında irəliləyiş əldə edəcəyik”, - Baş nazir yazıb.