ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays dövlət katibi Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışığını təqdim edib.
“Bu gün dövlət katibi Entoni Blinkenin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə üçtərəfli telefon danışığı olub. Dövlət katibi Ermənistan və Azərbaycanın sabit sülh sazişinin əldə edilməsi istiqamətində atdığı müsbət addımlara görə minnətdarlığımızı bildirdi.
Erməni hərbçilərin və mülki azərbaycanlıların mina partlaması nəticəsində həlak olması da daxil olmaqla, ifrat zorakılıqla yadda qalan həftədən sonra o, oktyabrın 2-də nazirlərin görüşünü sülh prosesində irəliyə doğru atılmış mühüm addım kimi qiymətləndirib.
Dövlət katibi hərbi əsirlərin azad edilməsini alqışladı və Ermənistan və Azərbaycana problemlərinin sülh yolu ilə həllinə kömək etmək öhdəliyimizi bir daha təsdiqlədi və irəliyə doğru yeganə yolun diplomatiya olduğunu vurğuladı”, - Prays qeyd etdi.