Beynəlxalq aktorlar da daxil olmaqla, ümumi fikir formalaşıb ki, yalnız təcavüzün nəticələrinin aradan qaldırılması, məsələn, Azərbaycan qoşunlarının Ermənistan Respublikasının suveren ərazisindən çıxarılması və sülh müqaviləsinin bağlanması belkə də kifayət qədər zəmanətlər yarada bilməz və əlavə təminatlar tələb luonacaq.
Bunu ER xarici işlər naziri Ararat Mirzoyan Parlament-Hökumətin sual-cavab sessiyası zamanı deyərək, Ermənistan-Azərbaycan sərhədində hər hansı beynəlxalq müşahidə mexanizminin tətbiqini nümunə kimi göstərib.
“Bu, digər vasitələr arasında müzakirə olunan vasitələrdən biridir. Mən başqa bir aləti, məsələn, silahlı qüvvələrin Ermənistan-Azərbaycan sərhədindən müəyyən məsafəyə çıxarılmasını göstərə bilərəm”.