Oktyabrın 4-də ER-nin xarici işlər naziri Ararat Mirzoyan Ermənistanda işgüzar səfərdə olan Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Mariano Qrosi ilə görüşüb.
Nazir Mirzoyan vurğulayıb ki, Ermənistan AES-dən istifadə edən ölkə kimi nüvə enerjisindən dinc, təhlükəsiz istifadəyə yönəlmiş BAEA ilə qurulan səmərəli əməkdaşlığın inkişafını yüksək qiymətləndirir.
Ermənistan tərəfi Agentliyin texniki əməkdaşlıq proqramının və AES-in uzunmüddətli təhlükəsiz istismarı üçün prinsipial əhəmiyyət kəsb edən BAEA missiyalarının rolunu yüksək qiymətləndirib. Bu kontekstdə nazir Mirzoyan Ermənistan AES ilə bağlı səsləndirilmiş təhdidlərin, eləcə də stansiyanın fəaliyyəti ilə bağlı lazımsız spekulyasiyaların yolverilməzliyini vurğulayıb.
Rafael Qrosi qeyd edib ki, Ermənistan BAEA-nın etibarlı tərəfdaşıdır və Ermənistanın şəffaf iş tərzini vurğulayıb.
Görüş zamanı regional təhlükəsizliklə bağlı bir sıra məsələlər də müzakirə olunub.