NATO Baş katibinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Brüsseldə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Bu barədə Xavyer Kolomina tviterdə yazıb.
O qeyd edib ki, görüşdə regiondakı vəziyyət və oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov ilə Ararat Mirzoyan arasındakı görüşdən sonra danışıqların statusu müzakirə edilib.
NATO rəsmisi əlavə edib ki, təmsil etdiyi qurum Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir.