Böyük Britaniya səfirliyi əsir düşmüş erməni hərbçilərin Azərbaycan qüvvələri tərəfindən güllələnməsini əks etdirən videodan dəhşətə gəlib.
Bu barədə Böyük Britaniyanın Ermənistandakı səfirliyindən yayılan məlumatda deyilir.
“Biz videonun hərtərəfli araşdırılması ilə bağlı Azərbaycan Baş Prokurorluğunun bəyanatını alqışlayırıq. Araşdırma nəticələrinin açıqlanacağını gözləyirik. Biz pis rəftar, sui-istifadə və özbaşına adam öldürmə ilə bağlı bütün iddiaların müvafiq orqanlar tərəfindən tam araşdırılacağını gözləyirik”,- Səfirlik qeyd edir.