ER Baş prokuroru Anna Vardapetyan Rusiya Federasiyasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkini qəbul edib.
Səfir Anna Vardapetyanı məsuliyyətli vəzifənin icrasına başlaması münasibətilə təbrik edib və Ermənistan və Rusiya Baş Prokurorluqları arasında əməkdaşlığın möhkəmlənəcəyinə və davamlı olacağına əminliyini bildirib.
Baş prokuror sentyabrın 13-də Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisinə törətdiyi genişmiqyaslı təcavüzün nəticələrini təqdim edərək Azərbaycan silahlı qüvvələrinin Ermənistan Respublikasının suveren ərazisindən dərhal çıxarılmasının, erməni hərbi əsirlərin geri qaytarılmasının və atəşkəs rejiminin qeyd-şərtsiz saxlanmasının zəruriliyini vurğuladı.
Baş prokuror Azərbaycan silahlı qüvvələri tərəfindən törədilmiş hərbi cinayətlərə, erməni hərbi əsirlərin öldürülməsi faktlarına, erməni hərbçilərə, o cümlədən qadınlara qarşı törədilmiş işgəncə hallarına da toxunub.
Səfir Kopirkin qeyd etdi ki, Rusiya qaldırılan məsələlərin həlli üçün hər cür səy göstərir. Səfir ou da vurğuladı ki, Ermənistanın təhlükəsizliyinin təmin edilməsi Rusiya Federasiyasının prioritetlərindən biridir.
Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran, əsasən, qarşılıqlı hüquqi yardımla bağlı digər məsələləri də müzakirə ediblər.