Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan NATO-nun Brüsseldəki qərargahında Üzv Dövlətlərin Daimi Nümayəndələrinin Müavinləri Komitəsi (DPRC) ilə görüşüb.
“Görüşdə mən Azərbaycan silahlı qüvvələrinin sentyabrın 13-də həyata keçirdiyi genişmiqyaslı təcavüzü və bunun nəticəsində Ermənistan Respublikasının suveren ərazisinin işğalını təqdim etdim və vurğuladım ki, beynəlxalq ictimaiyyət Azərbaycandan öz qoşunlarını Ermənistan Respublikasının suveren ərazisindən çıxarsını tələb etməlidir.
Təcavüz nəticəsində yaranmış humanitar böhranın və mülki infrastrukturlara dəymiş ziyanın təfərrüatlarını da təqdim etdim.
Bu kontekstdə mən Azərbaycan silahlı qüvvələrinin törətdiyi hərbi cinayətlərdən də danışdım, bəziləri haqqında tədbir iştirakçıları bildirdi.
Mən, həmçinin Ermənistan-NATO əməkdaşlığı, Ermənistanın müdafiə sisteminin demokratik idarə olunması, Ermənistanın demokratikləşməsinə xarici təhdidlər barədə danışdım və dinləyicilərin suallarını cavablandırdım”,-deyə Qriqoryan Facebook-da yazdı.