Ermənistan Respublikasının XİN başçısı Ararat Mirzoyanın dəvəti ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi oktyabrın 4-5-də işgüzar səfəri ilə Ermənistanda olacaq.
Oktyabrın 4-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktorunun Ararat Mirzoyanla görüşü olacaq.
Səfər çərçivəsində Qrossini Ermənistan Respublikasının prezidenti, Ermənistan Respublikasının baş naziri, ərazi idarəetmə və infrastruktur, səhiyyə nazirləri qəbul edəcəklər.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktoru həmçinin Ermənistan Atom Elektrik Stansiyasına, Fanarcyan adına Milli Onkologiya Mərkəzinə baş çəkəcək və YDU tələbələri üçün mühazirə oxuyacaq.