ABŞ Azərbaycan hərbçilərinin silahsız erməni əsirləri güllələməsi ilə bağlı xəbərlərdən dərin narahatdır.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays öz Tvitter səhifəsində yazıb.
“Biz tam və qərəzsiz araşdırmaya çağırırıq. Hər hansı bir vəhşilikdə günahkar olanlar məsuliyyətə cəlb edilməlidir”, - deyə o yazıb.