Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi M. Zaxarova “Россия сегодня” agentliyinin sualını cavablandırarkən qeyd edib: “Şəbəkədə görünən erməni və azərbaycanlı hərbçilərin edamını əks etdirən videoları necə şərh edə bilərsiniz?”.
"Bu videolar həddindən artıq qəddarlığı əks etdirən kadrlarla doludur. Beynəlxalq humanitar hüququn pozulması ilə bağlı bütün hallar hərtərəfli araşdırılmalıdır. Biz Azərbaycan və Ermənistan hakimiyyətini bu videoların hərtərəfli, o cümlədən müharibə cinayəti əlamətlərinə görə dərhal təhlilini aparmağa çağırırıq.
Əgər faktlar təsdiqini tapsa, bütün təqsirkarlar qanun çərçivəsində cavab verməlidirlər.
Rusiya regionda vəziyyətin yaxşılaşdırılması və Bakı ilə Yerevan arasında münasibətlərin normallaşması üçün ciddi səylər göstərməkdə davam edir. Biz ondan çıxış edirik ki, sülhə alternativ yoxdur. Biz tərəflərə lazımi yardımı göstərməyə hazırıq”.