ER Prezidenti Vahaqn Xaçaturyan Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə Milli bayram münasibətilə təbrik məktubu göndərib.
Prezident Xaçaturyanın müraciətində qeyd olunub ki, Ermənistan Almaniya ilə formalaşmış qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində göstərilən səyləri yüksək qiymətləndirir.
“Xüsusilə mürəkkəb və çoxşaxəli çağırışlarla dolu indiki dövrdə Almaniyanın Ermənistanda davam edən demokratik islahatlara ardıcıl dəstəyini yüksək qiymətləndiririk”- deyə məktubda qeyd edilib.