Avropa Parlamentinin almaniyalı üzvü Viola Fon Kramon-Taubadel Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın tvitinə münasibət bildirərək, azərbaycanlı hərbi cinayətkarlara qarşı sanksiyaların tətbiq edilməsini tələb etdi.
“Azərbaycan həbsxanalarında baş verən digər işgəncə hallarından artıq xəbərimiz var, bu işgəncələrdə iştirak edənləri də tanıyırıq. Biz onların adlarını bilirik. Bizə təcili olaraq bu cinayətkarlara qarşı fərdi sanksiyalar lazımdır”, - Taubadel vurğuladı.