ER baş naziri Nikol Paşinyan İctimai Televiziyanın suallarını cavablandırarkən Ermənistan-Azərbaycan sərhədində beynəlxalq müşahidəçilərə ehtiyacdan danışıb.
“Fransanın elan etdiyi missiya Müdafiə Nazirliyi tərəfindən əlavə təhlil və qiymətləndirmə üçün yerdəki təhlükəsizlik vəziyyətini qiymətləndirmək üçün göndərilmiş missiyadır.
Beynəlxalq müşahidə missiyası dedikdə biz ya uzunmüddətli, ya da daimi müşahidə missiyası mexanizmini nəzərdə tuturuq ki, onun da ən mühüm məqsədlərindən biri vəziyyət haqqında qərəzsiz məlumatı müvafiq beynəlxalq strukturlara ötürməkdir, bundan sonra müvafiq tədbirlər görüləcək. Bu məntiq ondan irəli gəlir ki, Azərbaycan heç vaxt demir: mən atəşkəsi pozmuşam. Həmişə təqdim etməyə çalışırlar ki, hansısa təxribat olub və s.
Təbii ki, biz bu əsassız məlumatı bütün mümkün vasitələrlə inkar edirik, lakin digər tərəfdən deyirik ki, bu, davam edən vəziyyət olduğuna görə, beynəlxalq ictimaiyyətin vəziyyəti yerindəcə qiymətləndirməsi üçün müşahidə missiyasının olması düzgün olardı”- deyə baş nazir bildirib.