Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan, Azərbaycan və Rusiya liderlərinin razılaşmalarının həyata keçirilməsi istiqamətidə əlverişli şərait yaratmaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müşahidəçilərindən istifadə imkanının müzakirə edildiyini açıqlayıb.
Sergey Lavrov qeyd edib ki, söz, xüsusilə, Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyasına və ümumiyyətlə, Yerevanla Bakı arasında münasibətlərin tənzimlənməsinə, o cümlədən müvafiq sazişin bağlanması barədədir.
Lavrov həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Müstəqil Dövlətlərin Birliyinin dəstəyinin vacibliyini vurğulayıb.