Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan oktyabrın 2-də İsveçrənin paytaxtı Cenevrədə görüşəcək.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan bildirib.
O qeyd edib ki, Azərbaycanın təxribatlarına baxmayaraq, Ermənistan tərəfi görüşdə iştirak edəcəkdir: “Ermənistan əvvəlki kimi konstruktivdir, Cənubi Qafqazda uzunmüddətli sülhə nail olmağa çalışır və Azərbaycandan da bunu gözləyir”.