“Azərbaycan ordusu tam şəkildə Türkiyə formatına keçib. Həm təhsil, həm proqramlar, həm təchizat, həm ştat strukturu, həm də idarəçilik artıq yeni formadadır”.
Bunu APA-ya açıqlamasında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-mayor Füzuli Salahov deyib.
“Bir ildən artıqdır ki, yeni proqramlarla təhsil aparılır. Türkiyənin aparıcı hərbi məktəblərində həm müəllimlərimiz, həm hərbçilərimiz təhsil alıblar”.