Sentyabrın 29-da Yerevanda Ermənistan Respublikası və Çexiya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr baş tutub.
Məsləhətləşmələr zamanı həmsöhbətlər Ermənistan-Çexiya ikitərəfli gündəliyi ilə bağlı məsələlərin geniş spektrini müzakirə ediblər.
Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətə, eləcə də Çexiyanın Aİ-də sədrliyi kontekstində Ermənistan-Aİ münasibətlərinə toxunulub.
Tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq gündəlikdəki bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.