“Beynəlxalq Böhran Qrupu” araşdırma mərkəzi sentyabrın 13-14-də Ermənistan-Azərbaycan sərhədində son eskalasiya ilə bağlı hesabat dərc edib.
Hesabatda qeyd olunub ki, Azərbaycan Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatdan istifadə edir, bu da ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri, Fransa və ABŞ-ın diqqətini Artsax münaqişəsindən yayındırıb.
Onu da qeyd olunur ki, Azərbaycan prezidenti İlham Əliyev yaxın aylarda sülh sazişi imzalamağa tələsir. Məsələ ondadır ki, 2023-cü ildə iyun ayında Türkiyədə prezident seçkiləri gözlənilir və bu seçkilərdə prezident Rəcəb Tayyib Ərdoğanın mövqeyi zəifləyə bilər və Türkiyı Ermənistanla danışıqlarda Azərbaycana geniş dəstək verməyə davam edə bilməyəcək.
Gərginliyin növbəti səbəbi odur ki, Azərbaycanın Ermənistan ərazisindən Rusiyanın nəzarətində olacaq Naxçıvana “dəhliz” əldə etmək istəyir.
“Beynəlxalq Böhran Qrupu” hesab edir ki, belə şəraitdə sülhün bərqərar olması çətin olacaq. Qeyd olunur ki, son hücum Yerevanın danışıqlarla bağlı Bakıya olan inamını sarsıdıb.