Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin və səfirliyin hərbi attaşesi Ermənistan və Rusiya Silahlı Qüvvələrinin birgə qrupunun komandiri ilə birlikdə Cermuk və Gorisə səfər ediblər.
Səfirlikdən verilən məlumata görə, diplomatik nümayəndəliyin rəhbəri ER hərbi birləşməsinin komandanlığı ilə görüşüb, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə və 13-14 sentyabr tarixlərində sərhədyanı ərazilərin atəşə tutulması nəticəsində dəymiş ziyanla tanış olub.
Kopirkin həmçinin Gorisdəki 102-ci Rusiya hərbi bazasının ayrı batalyon qrupunun və Sisiandakı Rusiya sülhməramlılarının ayrı aviasiya qrupunun yerləşdiyi yerlərə də baş çəkib.