ABŞ Konqresinin üzvü Ceki Spier Ermənistan məsələləri üzrə komitənin üzvləri Adam Şiff, Frank Pallon və Anna Eşu ilə birlikdə Azərbaycanın Ermənistana və erməni xalqına qarşı təcavüzünü və hərbi cinayətlərini pisləyən qətnaməni rəsmi olaraq Konqresə təqdim ediblər.
Qətnamənin müəllifləri Azərbaycanın sentyabrın 13-dən başlayaraq Ermənistanın suveren ərazisinə qarşı qeyri-qanuni və əsassız təcavüzünə, o cümlədən yaşayış məntəqələrinin və mülki infrastrukturun hədəfə alınmasına toxunublar.
Bu hərəkətlər Ermənistanın suverenliyini və ərazi bütövlüyünü, eləcə də beynəlxalq hüququ kobud şəkildə pozmaq kimi qiymətləndirilib.
2020-ci ilə də Azərbaycanın Artsaxa qarşı təcavüzünə də toxunulub. Qeyd olunub ki, hazırda Ermənistan ərazisində də eyni hərəkətlər davam etməkdədir.
Konqresmenlər Senatdan Azərbaycanın Ermənistana qarşı təcavüzünü pisləməyi tələb ediblər. Onlar Azərbaycandan sentyabrın 14-də əldə olunmuş atəşkəsin qorumağı, Ermənistanın ərazi bütövlüyünə hörmət etməyi, hərbi əsirlərin və saxlanılan mülki şəxsləri azad etməyi tələb ediblər.
Qətnamədə ABŞ Dövlət Departamentindən Azərbaycana hərbi yardımı dayandırmağa çağırılır.