Vaşinqton Ermənistan və Azərbaycan arasında gərginliyi azaltmaq üçün müxtəlif səviyyələrdə işləyir. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü bildirdi.
Ned Prays vurğuladı ki, qoşunlar geri çəkilməlidir.
“Səfir Filip Riker prosesdə fəal şəkildə iştirak edir, erməni və azərbaycanlı həmkarları ilə işləyir. O, keçən həftə Nyu-Yorkda dövlət katibi Blinken, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşündə də iştirak edib.
Bu yaxınlarda Riker Cənubi Qafqazda olub və orada yüksək vəzifəli rəsmilərlə şəxsən görüşüb. Dünən Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev arasında üçtərəfli görüşü baş tutub. Dövlət katibi Entoni Blinken prosesdə fəal iştirak edir, o, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri, eləcə də hər iki ölkənin başçıları ilə əlaqə saxlayır”,- deyə o qeyd etdi.