ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter Ermənistan-Azərbaycan münaqişəsi, Cənubi Qafqazdakı vəziyyət və Dağlıq Qarabağ məsələsi ilə bağlı bir sıra sualları cavablandırıb. Bu barədə Amerikanın Səsi məlumat yayıb.
“ABŞ Cənubi Qafqaz regionuna dərindən cəlb olundu. Biz hazırda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı müzakirələrdə çox aktivik və Ermənistanla Türkiyə arasında gedən prosesi də dəstəkləyirik”.
Amerikalı diplomat əlavə edib: “Ermənistan və Azərbaycanla bağlı məsələdə bizim prioritetimiz iki ölkə arasında münasibətlərin normallaşmasına, regionda nəqliyyat-kommunikasiya dəhlizlərinin açılmasına, qonşuluq münasibətlərinin qurulmasına dəstək verməkdir. Təbii ki, Dağlıq Qarabağ da daxil olmaqla, regionda yaşayan bütün əhalinin insan hüquqlarının müdafiəsi əsas yer tutur”.