44 günlük müharibənin ildönümü ilə əlaqədar Los-Ancelesin erməni icması Azərbaycanın Baş Konsulluğu qarşısında etiraz aksiyası keçirib.
“Terrorçu Türkiyə NATO-dan çıxarılsın”, “Azərbaycanın ermənilərə qarşı təcavüzünə son qoyulsun”, “ABŞ-ın Azərbaycana dəstəyi dayandırılsın” şüarlarıyla aksiya iştirakçıları bir neçə saat Azərbaycanın konsulluğunun binası qarşısında dayanıblar.