Sentyabrın 27-də Fransa Respublikasına işgüzar səfəri çərçivəsində Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyan və Fransa Respublikasının müdafiə naziri Sebastyan Lekornü arasında görüş keçirilib.
Suren Papikyan fransalı həmkarının xahişi ilə 13 sentyabrda Azərbaycanın hərbi təcavüzü nəticəsində yaranmış vəziyyəti təqdim edib.
Sebastyan Lekornü məsələ ilə bağlı Fransa dövlətinin mövqeyini bir daha təsdiqləyib, odur ki, Azərbaycan qoşunları Ermənistan Respublikası ərazisindən çıxarılmalıdır.
Görüşün nəticələrinə əsasən, vəziyyətlə yerindəcə tanış olmaq üçün Fransa Müdafiə Nazirliyinin Ermənistana xüsusi nümayəndə heyəti göndərməsi barədə razılıq əldə olunub.