Sentyabrın 27-də ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə Ağ Evdə Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryanla Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev arasında görüş olub.
“Biz Dağlıq Qarabağ probleminin uzunmüddətli sülh yolu ilə həlli prosesini, eləcə də regionda sülhün bərqərar olmasının zəruriliyini müzakirə etdik. Biz son təcavüzün nəticələrinin aradan qaldırılmasına əhəmiyyət verdik”, - deyə Armen Qriqoryan bildirdi.