Sentyabrın 28-də ER xarici işlər naziri Ararat Mirzoyan Fransa Senatının Fransa-Ermənistan dostluq qrupunun sədri Jilbert-Luk Devinazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə ER XİN məlumat yayıb.
Həmsöhbətlər Ermənistan-Fransa münasibətləri ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.
Görüş zamanı regional təhlükəsizlik və sülhlə bağlı məsələlər müzakirə olunub. Nazir Mirzoyan Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisinə qarşı törətdiyi təcavüz nəticəsində yaranmış vəziyyəti fransız senatorlarına təqdim edərək, Fransa tərəfinin ünvanlı qiymətləndirmələrini və prinsipial mövqeyini yüksək qiymətləndirib.
Ararat Mirzoyan Ermənistan-Azərbaycan münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan tərəfinin mövqeyini təqdim edib.
Fransanın, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində göstərdiyi səylərin vacibliyi vurğulanıb.
Nazir Mirzoyan Fransa-Ermənistan dostluq qrupunun Senatda Dağlıq Qarabağ və Artsax ermənilərinin hüquqlarının müdafiəsinə yönəlmiş fəaliyyətini də vurğulayıb.