Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Yunanıstan XİN rəhbəri Nikos Dendias ilə keçirdiyi mətbuat konfransının əvvəlində Yunanıstanın Ermənistana dəstəyini vurğulayıb.
“Mən Yunanıstana və Yunanıstan hökumətinə Ermənistana və erməni xalqına, xüsusən də Azərbaycanın Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüzü ilə üzləşdiyimiz zaman göstərdikləri davamlı dəstəyə görə təşəkkür etmək istəyirəm.
2020-ci ilin payızında 44 günlük müharibənin ağır günlərində Ermənistana səfəriniz, eləcə də hazırda Yerevanda olmanız çox yüksək qiymətləndirdiyimiz həmrəylik və dəstəyin sübutudur”, - deyə Mirzoyan bildirib.
Görüş zamanı müzakirə olunan mövzulardan danışan Mirzoyan ilk olaraq Ermənistan-Yunanıstan münasibətlərinin inkişafını qeyd edib.