Biz bütün dövlətlərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Bu barədə Yunanıstanın xarici işlər naziri Nikos Dendias bugünkü mətbuat konfransında bildirib.
“Təbii ki, bu, bizim yaxşı dostlarımız ermənilərə də aiddir. Biz sərhədlərin bölünməzliyinə inanırıq. Xəritələri yenidən müəyyənləşdirməyə çalışan ölkələrə aydın mesaj vermək istərdim, amma bunu deyim ki, bu siyasəti uğursuz olacaq. Türkiyə bu qarışıq vəziyyətdən istifadə etməyə çalışır. Biz yunanlar türk ritorikasının şahidiyik. Onu da deyim ki, Türkiyə də Yunanıstanın yunan adalarına bəzi müdafiə silahları göndərməsinə etiraz edib. Bu, Yunanıstanın öz öhdəlikləri çərçivəsində hərəkət etdiyi şəraitdə edilir”, - deyə o bildirib.
Yunanıstanın xarici işlər naziri həmçinin bildirib ki, onların Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməz qalır.
“Biz beynəlxalq hüquq çərçivəsində dinc, qarşılıqlı məqbul həll yollarını dəstəkləyirik.
Biz həmçinin ER baş naziri Nikol Paşinyanın cəsarətini alqışlayırıq. O, bu regionda yeni gələcək üçün yeni yanaşma təklif edib, lakin güc təhlükəsi olan şəraitdə həll yolları və sülh qurula bilməz”, - Dendias bildirib.
O, humanitar məsələlərin dərhal həll edilməli olduğunu da vurğulayıb.
“Beynəlxalq humanitar hüquqa hörmət edilməlidir”- deyə o qeyd edib.