ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenə Rusiya vətəndaşlığı verilib.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.
Xatırladaq ki, Edvard Snouden ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşıdır. O, 2013-cü ilin iyun ayının əvvəlində Milli Təhlükəsizlik Agentliyinin məxfi məlumatlarını “The Guardian” və “The Washington Post”a sızdırmışdı.