Ermənistanda işgüzar səfərdə olan Yunanıstanın xarici işlər naziri Nikos Dendias ER Xarici İşlər Nazirliyinə gəlib və burada onu xarici işlər naziri Ararat Mirzoyan qarşılayıb. Ermənistan və Yunanıstan xarici işlər nazirləri arasında təkbətək görüş başlayıb.
Bu barədə Ermənistan XİN-in mətbuat katibi Vahan Hunanyan məlumat verib.