Fransa Ermənistan və Azərbaycanı gərginliyi azaltmağa və danışıqları bərpa etməyə çağırır. Bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirdi.
"Sərhəddəki vəziyyət çox təhlükəli olmaqda davam edir",- prezident Makron qeyd etdi.
Paris əmindir ki, güc tətbiqi hər iki tərəf üçün problemin həlli ola bilməz və dialoq dərhal bərpa edilməlidir. Makron bir daha vurğulayıb ki, bütün məsələlər yalnız danışıqlar yolu ilə həll edilməlidir.
“Bütün həll olunmamış, çoxlu sayda məsələlər yalnız danışıqlar yolu ilə həll edilməlidir. Danışıqlar müxtəlif formatlarda, xüsusən də Aİ-nin himayəsi altında aparılır və yenidən başlamalıdır.
Unutmuram ki, düz iki il əvvəl, 2020-ci il sentyabrın 27-də region üçün ölümlə nəticələnən dəhşətli müharibə başladı. Mən son günlər baş verənləri qətiyyətlə pisləyirəm və sülhə və danışıqların bərpasına çağırıram”,- Makron qeyd etdi.
Nikol Paşinyan qeyd etdi ki, 12 may 2021-ci il və 13 sentyabr 2022-ci il tarixli təcavüzü nəticəsində Azərbaycan Ermənistan Respublikasının suveren ərazilərini işğal edib.
“Qeyd etmək istəyirəm ki, mövqeyimizin birmənalıdır - Azərbaycan silahlı qüvvələri Ermənistanın suveren ərazisindən çıxmalıdır və bu mövqeyi qeydə aldığı üçün Fransaya, şəxsən prezident Makrona təşəkkür etmək istəyirəm.
Əminəm ki, BMT Təhlükəsizlik Şurası da bu məsələni diqqət mərkəzində saxlamalıdır və bu məsələdə sədrlik edən ölkənin dəstəyini gözləyirəm.
Biz Dağlıq Qarabağ probleminin həllini də əhəmiyyət veririk, bu da Dağlıq Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək”,- deyə Paşinyanq eyd etdi.