Kiyevə səfər edən Fransanın xarici işlər naziri Katrin Kolonna Ukrayna Prezidenti Vladimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşlərdə Ukraynaya yardım yükü daşıyan gəminin göndərilməsini müzakirə edəcək.
Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Səfər zamanı nazir ukraynalı həmkarı Kuleba və Prezident Zelenski ilə görüşəcək. O, Fransanın Ukraynaya dəstəyi gücləndirmək və xüsusilə Marseldən 1000 ton yardım daşıyan gəminin göndərilməsi barədə qarşı tərəfə məlumat verəcək”, - bildirilib.
Qeyd edək ki, Fransa XİN başçısı bu gün Kiyevə elan olunmamış səfər edib. O, bu barədə "Twitter" hesabında Kiyevdən foto paylaşaraq bildirib.