Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Yunanıstanın xarici işlər naziri Nikos Dendias bu gün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə toxunublar.
“Xatırlatmaq istəyirəm ki, 2 il əvvəl məhz bu gündə Azərbaycan Dağlıq Qarabağa və onun xalqına qarşı genişmiqyaslı təcavüzə başlayıb. 2 il keçsə də, münaqişə həll olunmamış qalır, çünki münaqişənin kökündə duran məsələlər həll olunmayıb.
Bir daha vurğulamaq istərdim ki, beynəlxalq birliyin məsul üzvü kimi biz problemlərin gücdən istifadə və güc təhdidi ilə həllinə yanaşmanı rədd edirik və dinc danışıqlar yolu ilə regionda sülh və sabitliyin bərqərar olmasına sadiqliyimizi bir daha təsdiqləyirik”- deyə Yunanıstanın xarici işlər naziri ilə keçirdiyi mətbuat konfransında ER xarici işlər naziri Ararat Mirzoyan bildirib.